Azərbaycanda avtomobil nəqliyyatı ilə yüklərin və sərnişinlərin daşınmasından əldə edilən gəlirlər 1,2 milyard manatı ötdü

17:36 - 11.06.2018


11 iyun, Fineko/abc.az. 2017-ci ildə avtomobil daşımalarından əldə olunan gəlirlər 1 milyard 273,879 milyon manat təşkil edib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, daşıyıcıların orta aylıq əmək haqqı 600 manata bərabər olub.

“Keçən il avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük və 1 milyard 739 milyon 726 min sərnişin daşınıb”, - deyə H. Həsənov bildirib.