15:27 - 11.06.2018
11 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) avtodayanacaqları aradan qaldıraraq tıxac problemini həll etmək niyyətindədir.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, əsas nəqliyyat qovşağını təşkil edən və 16 yolun birləşən Bakının əsas 11 arterial magistral yollarında genişmiqyaslı işlər həyata keçiriləcək.
“Agentliyin apardığı təhlillər göstərdi ki, bu yolların parametrlərinə baxmayaraq, qanunsuz dayanacaqlarla, bəzi işarələrlə, həmçinin svetoforlarla bağlı problemlər sərbəst hərəkətə maneə törədir. Biz hesab edirik ki, avtodayanacaqların aradan qaldırılması və qadağan edilməsi ilə müsbət nəticələr əldə edə bilərik və bu, nəqliyyat vasitələrin sərbəst hərəkət etməsinə imkan verəcək”, - M.Ağayev belə deyib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026