16:16 - 8.06.2018
8 iyun, Fineko/abc.az. Azərbaycanın milli aviaşirkəti “Azərbaycan Hava Yolları” bu gün Lənkəran-Moskva (Vnukovo hava limanı) reysini açıb.
Moskva-Lənkəran və əks istiqamətdə reys "Airbus 320" təyyarələrində cümə günləri həyata keçiriləcək.
Vnukovo Hava Limanının baş direktoru Vasili Aleksandrov bildirib ki, bu il hava limanının sərnişin axını, o cümlədən AZAL sayəsində, 20 milyona çatacaq.
AZAL-ın icraçı direktorunun müavini Cəmil Manizadə bildirib ki, gələn ilin yayında Azərbaycanın bütün hava limanları Vnukovo ilə əlaqələndiriləcək.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026