12:08 - 7.06.2018
7 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmirin növbəti mərhələsini davam etdirir.
SC-in məlumatında deyilir ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.
“İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 167 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Puta stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir”, - deyə məlumatda bildirilir.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026