Doqquz Avropa ölkəsi rusların turist vizalarını qəbul etmir

11:19 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Hollandiya artıq Rusiya vətəndaşlarından turist vizası üçün sənədləri qəbul etmir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb. Avropa İttifaqının qərarına əsasən, sentyabrın 12-dən etibarən Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişi dayandırılıb. İndi ruslar Şengen vizalarını Aİ Viza Məcəlləsinin ümumi şərtlərinə uyğun olaraq alacaqlar.

Bu isə daha uzun müddət, daha bahalı konsulluq rüsumları və daha çox sənədlər deməkdir.

Müəllif: Elmir Murad