15:53 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. Xarici investorlar Yunanıstanın “qızıl vizasını” əldə etmək üçün iki dəfə çox - 250 min avro əvəzinə 500 min avro yatırmalı olacaqlar.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu baş nazir Kiriakos Mitsotakis Salonikidə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu qərar ölkə sakinləri üçün daşınmaz əmlakın əlçatanlığını artırmaq üçün verilib.
Qeyd edək ki, Yunanıstanın Qızıl Viza proqramı, ən azı 250 min avroya bir və ya bir neçə daşınmaz əmlak obyekti əldə edərkən və ya ən azı on il müddətinə mənzil kirayəsi olduqda yaşayış icazəsi almaq imkanını nəzərdə tutur. Proqramın şərtləri yerinə yetirilməyə davam edərsə, yaşayış icazəsi hər beş ildən bir uzadıla bilər.
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026