17:30 - 9.09.2022
9 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Rusiya vətəndaşları sürətlə Gürcüstana axışır. Hətta ruslar 6 ay ərzində adıçəkilən ölkədə 7500 şirkət yaradıblar.
ABC.AZ xəbər verir ki, Gürcüstan rəsmiləri bildirir ki, hələlik onların əksəriyyəti fəaliyyətə başlamayıb.
Ümumiyyətlə indiyədək Gürcüstanda mövcud olan 800 min şirkətdən cəmi 200 mini real fəaliyyətdədir.
Paralel olaraq Rusiya vətəndaşlarının Gürcüstandan mənzil alışları da sürətlə artır. 2022-ci ilin əvvəlindən indiyədək rusiyalılar Gürcüstanda 4 mindən artıq mənzil alıblar.
Təkcə iyul ayında Rusiya vətəndaşlarının aldıqları mənzillərin sayı 3 mini keçib.
Gürcüstanın daşınmaz əmlak ageetlikləri bildirir ki, ruslar daha çox Tbilisi və Batumidə, Qara dənizin sahilində yeni tikilən mənzillər alırlar.
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026