Mərhum kraliçanın 10 milyon funt sterlinq qiyməti olan avtomobilləri - Foto

15:22 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Kraliça II Elizabet sentyabrın 8-də vəfat edib.

Kraliçanın ölümü bütün dünyada üzüntü ilə qarşılanmaqla yanaşı, həm də onunla bağlı bəzi xatirələri yenidən gündəmə gətirib.

Britaniya mətbuatı xanım Kraliça haqda maraqlı yazı hazırlayıb və onun Böyük Britaniyada sürücülük vəsiqəsi olmadan avtomobil idarə edə bilən yeganə şəxs olduğunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, yazıda hələ İkinci Dünya Müharibəsi illərində Elizabet təcili yardım maşını sürücüsü kimi təlim keçdiyi qeyd edilib. Britaniyalılar üçün Elizabetin “Jaguar”, “Range Rover” və “Land Rover”i idarə etməsi qeyri-adi deyildi.

Kraliçanın Avtomobil Kolleksiyası 10 milyon funt-sterlinq dəyərindədir və onlarla avtomobildən ibarətdir. 2002-ci ildə hakimiyyətinin 50-ci ildönümündə Elizabetə “Land Rover”dən onun üçün xüsusi olaraq hazırlanmış avtomobil hədiyyə edilib.

Müəllif: Elmir Murad