17:20 - 25.05.2018
25 may, Fineko/abc.az. “Rusiya Dəmir Yolları” ASC, Rəşt-Astara layihəsinə qoşulmaq üçün danışıqlar aparır.
“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarinin sözlərinə görə, danışıqlar Azərbaycan və İranla birgə aparılır.
"Biz görürük ki, Rəşt-Astara layihəsində bizim iştirakımız olacaq və bu, əlbəttə ki, yalnız Xəzər dənizi deyil, böyük “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq və Avropaya nəqliyyatın yaxşı diversifikasiyasını, həmçinin, yüklərin Sibir, Orta Asiya və Çindən göndərilməsini təmin edəcəkdir. Bu dəmir yollarına tələbat olacaq” - A.Mişarin deyib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026