Rumıniyanın “TAROM” aviaşirkəti Bakıya uçuşlar təşkil etmək istəyir

15:32 - 24.05.2018


24 may, Fineko/abc.az. Rumıniyanın “TAROM” milli aviaşirkəti Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşlara başlamaq niyyətindədir.

Rumıniya KİV-nin verdiyi məlumata görə, şirkət Bakıdan əlavə, Odessa (Ukrayna), Tbilisi (Gürcüstan) və Yerevan (Ermənistan) istiqamətində uçuşlar həyata keçirməyi planlaşdırır.

“Bu məqsədlə “TAROM”, Airbus 318 yeni iki sərnişin təyyarəsi almağı planlaşdırır. Uçuşların bu ilin sonunadək başlanması planlaşdırılır”, - deyə məlumatda bildirilir.