Bu rayonun icra başçısının müavini vəzifəsindən azad edildi

16:38 - 18.04.2022


18 aprel, Fineko/abc.az. İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Cabbarova vəzifəsindən azad edilib.

ABC.AZ unikal-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elçin Rzayev əmr imzalayıb. Hələlik onun yerinə təyinat yoxdur.