14:56 - 5.04.2022
5 aprel, Fineko/abc.az. Bakı şəhərində Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır.
ABC.AZ xəbər verir ki, bunu depuat Fazil Mustafa bildirib.
O qeyd edib ki, indiki vəziyyətdə bələdiyyə sahəsində islahatların keçirilməsini absurddur.
"Bələdiyyələrin birləşdirilməsinin tərəfdarıyam. Şuraya yeni üzvlər seçilməlidir. Rayonların əksəriyyətində bələdiyyələrə ehtiyac yoxdur. Bələdiyyələrə xəritələr verilməlidir. Onların əllərində idarə etdiyi ərazilərin xəritələri belə yoxdur. Xəritəsi olmayan yerdə o hansı torpağı icarəyə verə bilər? Haradan pul qazana bilər? Bələdiyyə məsələsinə ciddi yanaşmaq lazımdır. Bələdiyyə məcəlləsinin qəbulundan 23 il keçib. Biz bələdiyyəni ildən-ilə öldürə-öldürə gedirik”, - deyə F.Mustafa bildirib.
Müəllif: Elmir Murad
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026