Deputatlıq mandatını itirdi

17:30 - 17.03.2022


17 mart, Fineko/abc.az. VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, martın 3-də Şahin Seyidzadə Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.