15:20 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Milli Məclis Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişiklikləri təsdiqləyib.
ABC.AZ-ın məlumatına görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, dəyişikliklə qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17 İyul 2026
17 İyul 2026
15 İyul 2026
16 İyul 2026