15:05 - 18.02.2022
18 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
ABC.AZ-ın məlumatlna görə, dövlət başçısı bir sıra məsələlərə aydınlıq gətirib.
Prezident bunları deyib: "Baxmayaraq ki, biz böyük uğurlara nail olmuşuq, ölkə qarşısında problemlər kifayət qədər çoxdur və yerlərdəki bu problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Hökumət gündəlik fəaliyyətdə islahatların dərinləşməsi ilə bağlı addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür. Bundan əlavə, bizim uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə resursları buna imkan verir. Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur".
17 İyul 2026
17 İyul 2026
15 İyul 2026
16 İyul 2026