12:18 - 18.02.2022
18 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı videoqəbulda çıxış edib: “Bu gün siz icra başçıları vəzifəsinə təyin edilirsiniz. Bakı şəhərinin Nizami, Nərimanov və Kürdəmir rayonlarına rəhbərlik edəcəksiniz. Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz".
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026