Hökumət bu tarixdə Milli Məclisə hesabat verəcək

10:04 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

ABC.AZ xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hökumətin hesabatının parlamentin martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.