14:09 - 19.01.2022
19 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev Abdin Fərzəliyevlə bağlı Sərəncam imzalayıb.
ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər Sərəncamla, o, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, A.Fərzəliyev 2005-ci ilin dekabrından Nərimanov RİH-yə rəhbərlik edirdi.
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026