14:22 - 11.10.2021
11 oktyabr, Fineko/abc.az. “28 Mayı necə dövlət bayramı kimi qeyd ediriksə, 18 Oktyabrı da elə qeyd etməliyik. 18 Oktyabr da qeyri iş günü olmalıdır".
ABC.AZ xəbər verir ki, bu təkliflə deputat Vahid Əhmədov parlamentdə çıxış edib.
O qeyd edib ki, 1918-ci ildən Azərbaycanda hökumət formalaşıb, diplomatik əlaqələr formalaşıb: “Təəssüf ki, 23 ay yaşaya bilib. 1991-ci ildə Müstəqillik Günü haqqında Konstutusiya Aktı kimi qeyd edilib. O zaman ovaxtkı millət vəkillərinin böyük rolu olmuşdu. Niyə Azərbaycan müstəqilliyini gec bərpa etdi? Çünki o vaxt Kommunist Partiyası bunu qəbul etmirdi ki, Azərbaycan müstəqil kimi yaşaya bilməz. İstiqlalçı millət vəkillərindən söhbət getdi. Bilirsiniz, indi danışmaq rahatdır.”
17 İyul 2026
17 İyul 2026
17 İyul 2026
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026