16:43 - 7.07.2021
7 iyul, Fineko/abc.az. Ağdam şəhərinin Baş Planından da göründüyü kimi, dövlət tərəfindən həyata keçiriləcək bir çox layihələr var.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
E.Hüseynovun sözlərinə görə, eyni zamanda özəl sektorun iştirakı da nəzərdə tutulub:
“Özəl sektorun iştirakı aydın məsələdir ki, təkcə dövlət sifarişi olan layihələrdə deyil, həm də ixracyönümlü sənaye müəssisələrinin yaradılması üçün nəzərdə tutulan sənaye parkında fəaliyyəti gözlənilir. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi artıq müəyyən müraciətləri qəbul edib”.
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026