12:00 - 20.05.2019
20 may, Fineko/abc.az. Mayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb.
Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov,Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev iştirak ediblər.
Prezident Vladimir Zelenski mərasimdə çıxış edərək qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiya siyasəti davam etdiriləcək. “Hər kəs bilsin ki, prezidentlik dövründə xalqın rifahının yaxşılaşdırılması və dövlətin daha güclənməsi üçün bütün enerjimi sərf edəcəyəm”,- deyə Vladimir Zelenski vurğulayıb.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026