12:27 - 10.09.2026
10 Sentyabr, Fineko/abc.az. Yaxın Şərqdə nəqliyyat və enerji xətlərinə hücumların intensivləşməsi fonunda "Brent" markalı neftin qiymətinin barel üçün 100 dolları ötməsi və qlobal istiqraz gəlirliliyinin rekord vurması valyuta bazarlarında dinamikanı dəyişib.
Bu gün keçiriləcək Avropa Mərkəzi Bankının (AMB) uçot dərəcəsi qərarı öncəsi avro son iki həftənin maksimumuna yaxın — 1,1639 dollar səviyyəsində ticarət olunur.
Müharibənin fonunda xüsusilə Avropada dizel, mazut və təbii qaz qiymətlərinin kəskin artması inflyasiya təzyiqlərini yenidən alovlandırıb. AMB-nin inflyasiya ilə mübarizə çərçivəsində ardıcıl ikinci dəfə faiz artımına gedəcəyi gözlənilir.
Eyni zamanda, treyderlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ay faiz artırma ehtimalını 60% olaraq qiymətləndirir. Yapon yeni isə İyul müdaxiləsindən bu yana 6%-dən çox möhkəmlənərək son yeddi ayın ən yüksək həddinə yaxınlaşıb.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026