11:59 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi aparılıb.
AMB-dən verilən məlumata görə, müzakirələr zamanı Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası, birgə investisiya layihələri və gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub.
T.Kazımov həmçinin Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Saşa Bakesi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026