"Apple"ın ilk qatlanan smartfonu tarixin ən baha "iPhone"u olacaq — Qiymətlər

22:23 - 3.09.2026


3 Sentyabr, Fineko/abc.az. Avstraliyanın "Vodafone" mobil operatorunun ilkin sifariş səhifəsində baş verən sızma nəticəsində "Apple"ın gözlənilən qatlanan smartfonunun qiymətləri bəlli olub.

Məlumata görə, "iPhone Ultra" adlandırılması gözlənilən cihazın 256 QB yaddaşa malik baz versiyası ABŞ bazarında təxminən 2 499 dollara təklif olunacaq.

1 Terabayt yaddaşlı flaqman versiyanın qiyməti isə 3 199 dollara çatacaq ki, bu da "Apple" tarixindəki ən yüksək qiymət göstəricisidir. Sızdırılan səhifəyə əsasən, cihaz üçün ilkin sifarişlərin qəbuluna 12 sentyabr tarixindən başlanması planlaşdırılır.