15:29 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrdə kotirovka olunan səhmlər üzrə portfelinin cari dəyəri 2026-cı ilin ilk yarısında 1,5 milyard dollar (9,1%) artaraq 18 milyard ABŞ dollarına çatıb.
30 iyun 2026-cı il tarixinə Fondun bu sahəyə yatırdığı vəsait 7,1 milyard dollar, portfel yarandığı gündən əldə olunan ümumi gəlir isə 10,9 milyard dollar (gəlirlilik 370%) təşkil edib.
Müqayisə üçün, 2025-ci ilin sonunda bu gəlir 9,4 milyard dollar idi.
Qeyd edək ki, ARDNF səhm investisiyalarında passiv idarəetmə strategiyasından istifadə edərək 23 inkişaf etmiş ölkənin 1 283 şirkətini əhatə edən “MSCI World” indeksini izləyir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026