“Baku Electronics”in dövlətə bu qədər borcu yaranıb

09:59 - 2.09.2026


2 sentyabr, Fineko/abc.az. “Baku Electronics” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər göstərir. Məlumata əsasən, “Baku Electronics” MMC-nin vergi borcu 18 721.78 manatdır.

Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Şirkət 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 16 746 300 manatdır və qanuni təmsilçisi Saeid Nakhjavanidir.