İyulda Azərbaycanın qeyri-neft ixrac etdiyi ölkələrin siyahısı

12:23 - 28.08.2026


28 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib.

İcmala əsasən, 2026-cı ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox mal göndərdiyi ölkə 135,5 milyon ABŞ dolları ilə Rusiya Federasiyası olub.

Hesabat ayında Gürcüstana 48,3 milyon dollar, Türkiyəyə 39,8 milyon dollar, İsveçrəyə 37,7 milyon dollar və İspaniyaya 19,6 milyon dollar dəyərində qeyri-neft məhsulları satılıb.