09:30 - 2.09.2026
2 sentyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri artmaqda davam edir.
ICE Futures Europe birjasında saat 09:25-ə olan məlumata görə, Brent neftinin noyabr fyuçersi 0,71 dollar (0,75%) bahalaşaraq bir barel üçün 95,36 dollar təşkil edib. Sentyabrın 1-də baş tutan ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti 4,16 dollar (4,60%) artaraq bir barel üçün 94,65 dollar olmuşdu.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin oktyabr fyuçersinin qiyməti saat 09:25-ə qədər 0,31 dollar (0,34%) artaraq bir barel üçün 90,53 dollara yüksəlib. Sentyabrın 1-də keçirilən ticarət əməliyyatlarının yekununda isə müqavilənin qiyməti 4,46 dollar (5,20%) artaraq 90,22 dollar təşkil etmişdi.
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026