"Netflix"in gəlirləri 12,6 mlrd dollara yüksəlib

15:46 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Dünyanın ən böyük onlayn kino platforması "Netflix" 2026-cı ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb.

 Şirkətin rüblük gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artaraq 12,6 milyard dollara, net mənfəəti isə 8,8% artımla 3,4 milyard dollara çatıb.

Platforma rəhbərliyi gəlirlərin artmasını abunəçi sayının çoxalması, yeni qiymət siyasəti və reklam gəlirlərinin yüksəlməsi ilə əlaqələndirib.

Eyni zamanda bəyan edilib ki, cari ildə şirkətin təqribən 300 ekran işinin çəkiliş və montaj (post-prodakşn) prosesində generativ süni intellekt texnologiyalarından geniş istifadə olunub ki, bu da istehsalat xərclərini azaltmağa və keyfiyyəti artırmağa imkan verib.