Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub

10:45 - 14.07.2026


14 iyul, Fineko/abc.az. İyulun 14-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü keçirilib.

Məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.