09:20 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən günkü artımdan sonra çərşənbə axşamı ticarəti zamanı yüksəlməkdə davam edir.
Saat 09:14-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr füzüşünün (fyuçersinin) qiyməti 1,51 dollar (1,81%) artaraq bir barel üçün 84,81 dollar təşkil edib. 13 iyul ticarətinin yekunlarına əsasən, Brent neftinin sentyabr fyuçersi 7,29 dollar (9,59%) bahalaşaraq bir barel üçün 83,30 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin avqust fyuçersinin qiyməti saat 09:14-ə qədər 1,59 dollar (2,03%) artaraq bir barel üçün 79,73 dollar təşkil edib. 13 iyul ticarətinin yekunlarına əsasən, WTI neftinin avqust fyuçersinin qiyməti 6,73 dollar (9,42%) artaraq bir barel üçün 78,14 dollar olub.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 3,38 dollar (4,34%) artaraq 81,29 dollara çatıb.

13 İyul 2026
13 İyul 2026