10:45 - 24.04.2026
24 aprel, Fineko/abc.az. İtaliya Hörmüz boğazının təmizlənməsi üzrə beynəlxalq əməliyyatda iştirak etmək üçün dördə qədər hərbi-dəniz gəmisini göndərməyə hazırdır.
ABC.AZ xəbər verir ki, qrupun tərkibinə iki minatəmizləyən gəmi, bir müşayiət gəmisi və bir təminat gəmisi daxil olacaq.
Missiya Parisdə keçirilən müzakirələrdən sonra Avropa ölkələrinin iştirakı ilə formalaşan çoxtərəfli koalisiya çərçivəsində həyata keçirilir. Əməliyyata Böyük Britaniya, Fransa, Belçika və Niderland da qoşulacaq.
Gəmilər La-Spetsiya limanından yola düşəcək və təxminən dörd həftəyə regiona çatacaq. Hörmüz boğazı qlobal enerji sistemi üçün strateji əhəmiyyət daşıyır — dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın təxminən 20%-i bu marşrutdan keçir.
13 İyul 2026
13 İyul 2026