10:22 - 24.04.2026
24 aprel, Fineko/abc.az. Tehran Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməyi planlaşdırır, lakin artıq Rusiya da daxil olmaqla bir sıra “dost” ölkələr üçün istisnalar nəzərdə tutub.
ABC.AZ xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
Qərar ABŞ və İsrailin hücumlarından sonra təhlükəsizliyin təmin olunması ilə bağlı xərclərlə izah olunur. Boğaz ABŞ-ın dəniz blokadası tam aradan qaldırılana qədər bağlı qalır. Bununla yanaşı, İran artıq ilk dəfə olaraq yığımlardan gəlir əldə edib və vəsaitləri ölkənin mərkəzi bankına yönəldib.
Paralel olaraq, tranzit ödənişlərinin rialla həyata keçirilməsini, eləcə də ABŞ, İsrail və Tehrana qarşı sanksiyaları dəstəkləyən ölkələr üçün keçidin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanır. Sənəd hələ qəbul olunmayıb.
13 İyul 2026
13 İyul 2026