Bakıda anomal istiyə görə avtobuslar sərnişinləri pulsuz aparır və onlara su paylanır

14:14 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinləri dəstəkləmək üçün onlara içməli su paylamağa qərar verdi.

BNA-in məlumatında deyilir ki, sərnişinlərin anomal istidə avtobus dayanacaqlarında gözlədiyini nəzərə alaraq, agentlik bir sıra metro stansiyalarının yaxınlığında və “Koroğlu” nəqliyyat qovşağında sərnişinlərə su paylayır.

Mingəçevir İES-də baş vermiş qəza səbəbindən, bu gün Bakıda metro işləmir və avtobuslar yeganə ictimai nəqliyyat növüdür. Bu da, paytaxtın ictimai nəqliyyatı və sərnişinlər üçün ciddi problemlər yaradıb. Avtobuslar sərnişinləri pulsuz daşıyır.