16:43 - 17.11.2022
17 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Xalid Əhədovla bağlı Sərəncam imzalayıb. ABC.AZ xəbər verir ki, Sərəncamla Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
Qeyd edək ki, X. Əhədov müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb.
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026