15:26 - 2.02.2022
2 fevral, Fineko/abc.az. Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev Forumda iştirak edib.
Prezident İlham Əliyev Forumda giriş nitqi söyləyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda Gənclər Günü qeyd edilir:
"Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm. İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.”
17 İyul 2026
17 İyul 2026
17 İyul 2026
17 İyul 2026
17 İyul 2026
15 İyul 2026
16 İyul 2026