11:49 - 10.04.2018
10 aprel, Fineko/abc.az. Bu ilin birinci rübündə idxal edilən avtomobillərin sayı kəskin şəkildə artıb.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və irəlidəki problemlərə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu - iqtisadi canlanmanın təzahürüdür və göstərir ki, vətəndaşlarda əlavə maliyyə resursları var, onlar kəskin artıb.
“Bu, özü-özlüyündə müsbət göstəricidir, lakin həm də, bizim valyutamızın xaricə axınının kəskin artmasını bildirir. Buna görə də Azərbaycanda istehsal olunan avtomobillər, ən azından dövlət qurumları tərəfindən əldə edilməlidir. Əminəm ki, vətəndaşlar da bu avtomobillərin yüksək standartlara uyğunluğundan, qiymətinin isə xaricən gətirilən avtomobillərin qiyməti ilə müqayisədə, daha əlverişli olmasından əmin olacaqlar”, - dövlət başçısı bunu deyib.
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026