Aprelin 25-dən Bakıda bütün mərkəzi yollar bağlanır

12:36 - 9.04.2018


9 aprel, Fineko/abc.az. 25 aprel tarixindən etibarən Bakıda “Formula-1” Qran Prisinin keçirilməsi ilə əlaqədar bir sıra mərkəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarinin sözlərinə görə, “Cristal Hall” da keçirilən konsertlərlə bağlı Azneft dairəsindən Dövlət Bayrağı Meydanına qədər hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Əraziyə icazə sənədləri olan nəqliyyat vasitələri daxil ola biləcək. Həmçinin aprelin 25-dən mayın 1-dək, Dəniz Vağzalından Azneft dairəsinə qədər bulvarın girişi bağlanacaq. Aprelin 26-da saat 13:00-dən etibarən əraziyə yalnız biletləri olan tamaşaçılar buraxılacaq”, - Nigar Arpadarai belə deyib.

Azərbaycanın “Formula-1” Qran Prisi 27-29 aprel tarixlərində Bakıda keçiriləcək.