Şirvan-Salyan avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 10 milyon manat ayrılıb

10:28 - 6.04.2018


6 aprel, Fineko/abc.az. Dünən Azərbaycan prezidenti İlham Əliyev Şirvan-Salyan avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 10 milyon manatın ayrılması haqqında sərəncam imzalayıb.

Şirvan-Salyan avtomobil yolu, əhalisi 122 mindən nəfərdən çox təşkil edən 20 yaşayış  məntəqəsini birləşdirir.

Azərbaycan Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə, Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə edilib.