Naxçıvan-Məşhəd-Naxçıvan qatarlarının hərəkət cədvəli dəyişdi

12:18 - 3.04.2018


3 aprel, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan-Məşhəd-Naxçıvan qatarlarının hərəkət cədvəlində dəyişiklik edib.

ADY-in məlumatında deyilir ki, qatarlar yeni cədvəl üzrə aprelin 5-dən hərəkət edəcəklər, həftədə bir  dəfə - Naxçıvandan həftənin IV günləri,  aprel 7-dən Məşhəddən həftənin  VI günləri yola düşəcək.

Yeni cədvəllə ətraflı tanış olmaq üçün növbəti linkə keçid alın: https://ady.az/az/news/read/733/43