22:25 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. Birləşmiş Ştatlardan tutmuş Almaniya və Yaponiyaya qədər dünya üzrə dövlət borclanma xərcləri (istiqraz gəlirliliyi) son onilliklərin ən yüksək səviyyələrinə çatıb. Bu dinamika qlobal istiqraz bazarında investorların kütləvi satışları (selloff) fonunda baş verir.
Ekspertlərin fikrincə, istiqrazların ucuzlaşmasına və gəlirliliyin kəskin artmasına təsir edən əsas amillər inflyasiya təzyiqlərinin yeniden güclənməsi, mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı gözləntiləri və enerjidaşıyıcılarının bahalaşmasıdır.
Bununla yanaşı, aparıcı dövlətlərin artan büdcə kəsirləri və rekord borc yükü investorlar arasında ciddi narahatlıq yaradır ki, bu da dövlət qiymətli kağızlarının risk mükafatını artırır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026