Məsud Pezeşkian: ABŞ sanksiyaları səbəbindən İranın ticarət dövriyyəsi 25-35% azalıb

06:00 - 31.08.2026


31 avqust, Fineko/abc.az. İİR Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsində ABŞ-ın sanksiyaları və dəniz blokadası nəticəsində ölkənin xarici ticarət dövriyyəsinin 25-35% azaldığını etiraf edib.

IRNA agentliyinin məlumatına görə, ölkə başçısı idxalın ixracla müqayisədə daha kəskin həcmdə kiçildiyini vurğulayıb. Pezeşkian sanksiyaların iqtisadiyyata təsir etmədiyini iddia edənlərə cavab olaraq bildirib ki, mövcud rəqəmlər müharibə şəraitinin gətirdiyi real iqtisadi çətinlikləri açıq şəkildə nümayiş etdirir.

O, daxili bazarda sabitliyi qorumaq məqsədilə yanacaq kvotaları üzrə qiymətlərin tənzimlənməsi də daxil olmaqla bir sıra anti-böhran tədbirlərinin həyata keçirilməsinin vacibliyini qeyd edib.