14:05 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi III oxunuşda qəbul olunub.
Dəyişikliklə qanunvericiliyə ilk dəfə olaraq İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı gətirilir.
Bu, müəssisə rəhbərliyinin və ya təsisçinin təşəbbüsü ilə işçilərə şirkətin paylarını və ya səhmlərini güzəştlə, yaxud tamamilə ödənişsiz vermək hüququnu tanıyır. Payların işçinin tam mülkiyyətinə keçməsi iki xüsusi şərtdən asılı ola bilər.
Birincisi zamana əsaslanan şərtdir, yəni işçi müəyyən edilmiş müddət ərzində şirkətdə çalışmalıdır. İkincisi isə hədəfə əsaslanan şərtdir, yəni işçi və ya ümumilikdə şirkət qarşıya qoyulmuş konkret biznes hədəflərinə nail olmalıdır.
Əgər işçi ilə əmək müqaviləsinə ştat ixtisarı, işçinin öz istəyi və ya səhhəti kimi əsaslarla xitam verilərsə, onun hələ tam qazanmadığı payların bir hissəsi qazanılmış hesab edilə bilər. Həmçinin işçinin əldə etdiyi paylar şirkət tərəfindən ədalətli bazar dəyəri ilə geri satın alına bilər.
Əgər işçi öz təqsiri, əmək funksiyalarını pozması və ya intizamsızlıq səbəbindən işdən çıxarılarsa, o, qazanmadığı bütün pay hüquqlarını itirir. Qazandığı payları isə nominal və ya daha aşağı qiymətlə şirkətə geri satmağa məcbur edilə bilər.
Bu müqavilələr çərçivəsində işçinin əldə etdiyi pay və ya səhmlər rəsmi əməkhaqqı hesab olunmur, əməkhaqqının tərkibinə daxil edilmir və heç bir halda əməkhaqqı əvəzi kimi ödənilə bilməz.
Mülki Məcəlləyə startapların və investisiya mühitinin idarə olunmasını asanlaşdıran çox ciddi mexanizmlər daxil edilir.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026