10:06 - 9.07.2026
9 iyul, Fineko/abc.az. Rusiya daxili bazarda tədarükü artırmaq və yaranan qıtlığı aradan qaldırmaq məqsədilə dizel yanacağının ixracını qadağan edib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkədə yanacaq tələbatı təxminən 30% artıb, daxili bazardakı vəziyyət isə gərgin olaraq qalır.
Vəziyyəti stabilləşdirmək üçün neft emalı zavodlarının iş gücü maksimuma çatdırılıb və planlı təmir işləri təxirə salınıb.
Qeyd edək ki, Ukraynanın PUA hücumları nəticəsində bir çox neft emalı obyektinin sıradan çıxması səbəbindən hökumət zaman-zaman ixrac məhdudiyyətlərinə əl atır və hazırda Moskva daxil olmaqla 40-a yaxın regionda yanacaq satışına məhdudiyyətlər tətbiq olunur.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026