12:24 - 2.04.2026
2 aprel, Fineko/abc.az. 2 aprel 2026-cı il tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirib.
ABC.AZ xəbər verir ki, görüş zamanı tərəflər nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə, həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihənin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Sözügedən layihənin liman infrastrukturunun keçiricilik qabiliyyətinin təmin edilməsi və iki ölkə arasında ticarət münasibətlərinin genişləndirilməsi üçün mühüm əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində layihə üzrə əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb. Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.
AZCON-un əsas hədəfləri idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasıdır.
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
16 İyul 2026
15 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026