Kənd təsərrüfatı xərcləri bu ilin 9 ayında ötən illə müqayisədə 108 milyon artıb

11:05 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına 773,2 milyon manat xərclənib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 108 milyon manat və yaxud 16,2% çoxdur.

Hesabat dövründə kənd təsərrüfatı xərclərinin 85,6%-i icra edilib.