Yeddi ayda daşınmaz əmlakın icbari sığortası üzrə 59 milyon 570 min manat toplanıb

10:11 - 29.08.2025


29 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 59 milyon 570 min manat sığorta haqqı toplanılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.5% çoxdur. 2024-cü ilin 7 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 59 milyon 282 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6% azalaraq 1 milyon 671 min manat olub.