15:12 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. “Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı qeyd etmək istərdim ki, hazırda 473 məktəbin əsaslı təmirə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir”.
ABC.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Baş nazir bildirib ki, bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn il də aparılması nəzərdə tutulub: “Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır”.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026