14:13 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 87,7 milyard manata çatmaqla real ifadədə 1,2% artıb.
Yanvar-iyul aylarındakı 1,4%-lik dinamikadan sonra iqtisadi artım tempində yavaşlama müşahidə olunub.
İqtisadiyyatın əsas göstəriciləri və rəsmi proqnozlar aşağıdakı kimidir:
Neft-qaz sektoru: İstehsal 0,8% azalaraq 26,2 milyard manat təşkil edib (əvvəlki dövrdə azalma 0,6% idi).
Qeyri-neft-qaz sektoru: Artım tempi 2,2%-dən 2,1%-ə düşərək 61,5 milyard manata çatıb. İl sonu iqtisadi gözlənti: Maliyyə Nazirliyi 2026-cı il üzrə illik ÜDM artımı proqnozunu 1,7% (138 mlrd. manat) səviyyəsində saxlayıb. Lakin tikinti və turizmdəki zəifləmə səbəbindən qeyri-neft sektoru üzrə artım gözləntisi 5%-dən 3,1%-ə endirilib.
İnflyasiya proqnozu: İdxal qiymətləri, qlobal ərzaq bazarı və tənzimlənən tariflərin təsiri ilə orta illik inflyasiya gözləntisi 4,8%-dən 5,7%-ə yüksəldilib.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026