Bakıda ən ucuz mənzil hardan almaq olar?

10:18 - 3.09.2026


3 sentyabr, Fineko/abc.az. Hazırda Bakıda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunun bəzi kənar ərazilərində rast gəlmək mümkündür:

Bunu AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

O qeyd edib ki, nu ərazilərdə qiymətlərin aşağı olmasının əsas səbəblərindən biri kirayə bazarının da zəif olmasıdır.

“Kirayə gəlirlərinin aşağı olması həmin ərazilərin investisiya baxımından cəlbediciliyini azaldır. Bu isə öz növbəsində mənzillərin satış qiymətlərinin mərkəzi rayonlarla müqayisədə daha aşağı qalmasına səbəb olur”.